Umerov: Kiyev öz memorandumunu Moskvaya təqdim edib

Tarix: 08:49 29.05.2025
Ukrayna Rusiya tərəfinə atəşkəsin dayandırılması ilə bağlı ölkənin mövqeyini əks etdirən memorandumunu təqdim edib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən məlumat yayıb.
“Onlar bu sənədi əldə ediblər. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və sonrakı diplomatik işə hazır olduğunu təsdiqləyirik. Biz rusiyalılarla görüşlərin əleyhinə deyilik və görüşün boş olmaması və müharibənin başa çatmasını real şəkildə yaxınlaşdıra bilməsi üçün onların memorandumunu gözləyirik”, – o qeyd edib.