Özgəsinə məxsus sənədlə sərhədi keçməyə çalışan Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb

Tarix: 16:57 02.06.2025
Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb.
Bu barədə “İnformator.az” DSX-ya istinadla məlumat verir.
Bildirilib ki, May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.
Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.