Bədən kütlə indeksiniz nədir? Milyonlar ölçülüb, nəticələr ortaya çıxıb..

Tarix: 20:28 02.06.2025
Səhiyyə Nazirliyinin 17-23 may 2025-ci il tarixlərini əhatə edən ölkə miqyasında həyata keçirdiyi “İdeal çəkini öyrən, sağlam yaşa” kampaniyasının ikinci həftəsində 591 min 209 nəfərin boyu və çəkisi ölçülüb.
İştirakçılardan 281 940 nəfəri kişi, 309 269 nəfəri qadındır. Səhiyyə Nazirliyinin “İdeal çəkinizi öyrən, sağlam yaşa” kampaniyasının ikinci həftəsində 1 milyondan çox insanın ölçüləri yoxlanılıb. Kişilərdə artıq çəki, qadınlarda isə piylənmə ön plana çıxsa da, hər 10 nəfərdən 7-nin sağlam çəki həddinin xaricində olduğu ortaya çıxıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı