Ruslar kosmosa süni intellekt modeli göndərəcək

Tarix: 19:46 03.06.2025
Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Dmitriy Bakanov Sberbank tərəfindən hazırlanmış GigaChat süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcəklərini açıqlayıb.
Bakanov Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “CIPR 2025” konfransında çıxış edib.
Rus kosmonavtlarının süni intellektlə dəstəklənəcəyini açıqlayan Bakanov, "GigaChat'ı ISS-ə göndərəcəyik. Növbəti insanlı kosmosa səfər payızda, daha sonra martda baş tutacaq. Bunu payıza qədər bitirmək istəyirik",-dedi.
Rusiyanın ən böyük bankı Sberbank tərəfindən 2023-cü ildə hazırlanmış GigaChat süni intellekt modeli ChatGPT-yə Rusiya alternativi olaraq görülür.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli