"Fənərbaxça" Mario Branko ilə yollarını ayırıb

Bölmə: İdman › ,
Tarix: 23:54 02.06.2025

Fənərbaxça klubu futbol komandasının idman direktoru Mario Branko ilə yollarını ayırdığını açıqlayıb.

 

Klubdan verilən açıqlamada, "14 iyun 2022-ci ildə Fənərbaxça İdman Klubuna Futbol Əməliyyatları Direktoru olaraq qatılan və 1 iyul 2023-cü il tarixindən etibarən idman direktoru vəzifəsini icra edən cənab Mario Branko ilə yollarımızı ayırdıq" deyilib.

 

Brancoya xidmətlərinə görə təşəkkür edən bəyanat aşağıdakı ifadələrlə tamamlandı:

 

"Cənab Branko 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Futbol A Komandamızın heyətinin planlaşdırılmasından tutmuş transfer proseslərinə, mövsümi təşkilatların idarə olunmasından tutmuş texniki strukturun formalaşdırılmasına qədər bir çox sahədə futbol şöbəmizə ciddi töhfələr verib. Ona göstərdiyi xidmətlərə görə təşəkkür edirik, klubumuzun yeni mərhələsində ona sağlamlıq və xoşbəxtlik arzu edirik.

 

TRT Spor

Zəhra Həsənova