“Zirə”nin Konfrans Liqasındakı oyununu italiyalı hakim idarə edəcək

Bölmə: İdman › ,
Tarix: 20:48 09.07.2025

"Hər iki oyunun asan keçməyəcəyi gün kimi aydındır. Ancaq cavab oyununa qədər Bakıdakı ilk oyunda ən azından uduzmamaq lazımdır. Hətta qələbə də qazanmaq olar".

 

 

Bu sözləri idman jurnalisti Orxan Sübhan "İnformator.az" a açıqlamasında deyib. O qeyd edib ki, "Zirə" ötən mövsüm Xorvatiyanın "Osiyek" klubunu mübarizədən kənarlaşdırmağı bacarıbsa niyə eyni aqibəti "Hayduk" a da yaşatmasın?!:

 

"Çətin olacaq, lakin mümkünsüz də deyil. Səfər oyununda komandamız artıq 11 nəfərə yox, azarkeşlərə qarşı da mübarizə aparacaq. Bu mənada cavab oyunu çox çətin olacaq. Ona görə də Bakıdakı ilk oyunda "Zirə" üstünlük yaxalamalıdır. Daha çox müdafiədə diqqətli olmaq lazımdır ki, komandamızın baş məşqçisi Rəşad Sadıqov futbolçularına bəlkə də indidən lazımi tapşırıqları verib. İnanıram ki, lazım olan nəticəni qazanıb, mərhələ adlayacaq komanda sonda 'Zirə" olacaq. Hər iki görüşdə komandamıza uğurlar arzulayıram".

 

Zəhra Möhübbətova