Murat Özkale: "Müstəmləkəçilik və onunla mübarizə yolları tədris proqramına əlavə edilməlidir"

Tarix: 14:13 03.06.2025
"Müstəmləkəçilik və onunla mübarizə yolları həm də tədris proqramına əlavə edilməli, xüsusilə universitet səviyyəsində tədris edilməlidir".
“İnformator.az” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar" adlı beynəlxalq elmi konfrans çərçivəsində "Kolonializmin İdeoloji Əsasları" mövzusunda keçirilən panel sessiyada ADA Universitetinin dosenti Murat Özkale deyib.
O bildirib ki, bu yolla gənclərin məlumatlılığı artar və mübarizə yolları genişlənər:
"Çünki müstəmləkə siyasətinə məruz qalan xalqların tarixləri də silinib".