Monakodan şok qərar

Tarix: 18:46 03.06.2025
Türk Hava Yolları Avroliqasında ikinci yeri tutduqdan sonra Fransa Liqasında pley-off mərhələsində mübarizəsini davam etdirən "Monako" klubunda gözlənilməz hadisə baş verib.
Fransa təmsilçisi komandanın ulduz basketbolçusu Mayk Ceymsin müddətsiz olaraq heyətdən kənarlaşdırıldığını açıqlayıb. Klub bu qərarın səbəbi kimi Ceymsin intizam qaydalarını pozmasını göstərib.
Fransanın nüfuzlu "LEquipe" nəşrinin məlumatına görə, amerikalı basketbolçu bir restoranda baş verən insidentə qarışıb. Bildirilir ki, hadisə yerinə gələn polis əməkdaşlarına qarşı da nalayiq ifadələr işlədib.
Mayk Ceymsin komandaya nə zaman qayıdacağı isə hələlik naməlum olaraq qalır.
TRT SPOR
Gülhüseynova Güllər