Çin 20 Tayvan vətəndaşına həbs qərarı çıxarıb

Tarix: 23:29 05.06.2025
Çin hökuməti cümə axşamı 20 Tayvan vətəndaşına qarşı haker hücumları həyata keçirmək ittihamı ilə həbs qərarı çıxarıb.
Onların adından Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının (DPP) hərəkət etdiyi iddia olunur. Qrupun rəhbəri kimi Ning Enwei adlı şəxs göstərilir. Çin, “sərt müstəqillik tərəfdarları” adlandırdığı şəxslərə məxsus “Sicuenes International Company Ltd.” adlı Tayvan şirkəti ilə bütün kommersiya əlaqələrini kəsdiyini də bildirib.
Çin rəsmisi Zhu Fenglian bəyan edib ki, materik, müstəqillik tərəfdarlarının Çində mənfəət əldə etməsinə icazə verməyəcək. Tayvanın hakim partiyası bu ittihamları rədd edərək, Çini saxta bəhanələrlə gərginlik yaratmaqda ittiham edib. Partiyanın beynəlxalq məsələlər üzrə direktor əvəzi Maykl Çen bildirib: “Bu, zorakının günahsız görünməyə çalışmasının klassik nümunəsidir”. Tayvan özünü müstəqil adalandırsa da, Çin adanı qopmuş ərazi hesab edir və birləşdiriləcəyini bildirir. Bu səbəbdən Çin mütəmadi olaraq adanın ətrafında hərbi təlimlər keçirir.
Evronews
Billurə Quliyeva