Osimhen sonra hara gedəcək ?

Tarix: 21:06 03.06.2025
Nigeriya millisinin baş məşqçisi Erik Çelle Avropanın ən böyük klublarının "Qalatasaray"ı 25-ci çempionluğuna aparan adlardan biri olan Viktor Osimhenə maraq göstərəcəyini gözləyir.
26 yaşlı forvardın icarə müqaviləsi 41 oyunda 37 qolla başa çatıb. Onun "Napoli" ilə daha bir illik müqaviləsi var, lakin İtaliya nəhənginin baş məşqçisi Antonio Kontenin planlarına daxil olmadığı üçün klubdan ayrılacağı gözlənilir. Gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdiyi üçün o, cümə günü Rusiya ilə yoldaşlıq oyunu üçün Nigeriya millisinin heyətinə daxil edilməyib.
BBC news
Aysel Mirzəyeva