Mauro İkardi Kemerburqazda

Tarix: 17:57 09.07.2025
Qalatasaray Futbol Komandası 2025–2026 mövsümünün hazırlıqlarını davam etdirib.
Sarı-qırmızılı klubdan verilən məlumata görə, Kemerburqaz Metin Oktay Bazasındakı məşq baş məşqçi Okan Burukun rəhbərliyi ilə keçirilib.
Dinamik isinmə hərəkətləri ilə başlayan məşq, üç qrup halında 8-ə 2 pas çalışması ilə davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.
Vətəni Argentinadan qayıdan və uzunmüddətli zədədən çıxan ulduz hücumçu Mauro İkardi, planlaşdırılmış proqram çərçivəsində fizioterapevtlərin nəzarəti altında meydanda və zalda fərdi məşq edib.
Qalatasaray sabah ikiqat məşqlə hazırlıqlarını davam etdirəcək.
Haber Global
Xəlilli Nigar