"Araz-Naxçıvan" Türkiyə komandasını 14-0 məğlub edib

Bölmə: İdman › ,
Tarix: 18:35 09.07.2025


"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

 

"İnformator.az" Qol.az-a istinadən xəbər verir ki, komanda Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb. Görüşdə "Araz-Naxçıvan" rəqibini 14:0 hesabı ilə darmadağın edib.

 

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.

 

Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer Liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək.

 

Qeyd edək ki, "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridirlər.

 

Xatırladaq ki, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Yunanıstanda olacaq.