ABŞ tələbə vizalarını dayandırıb

Bölmə: Dünya › ,
Tarix: 14:42 04.06.2025

Tramp administrasiyasının ABŞ tələbə vizası görüşlərini müvəqqəti olaraq dayandırmaq planlarından sonra dünyanın dörd bir yanındakı tələbələr narahatlıq və qeyri-müəyyənlik içində olduqlarını bildirirlər.


BBC-nin ABŞ-dəki tərəfdaşı CBS-nin əldə etdiyi rəsmi sənəddə Amerikanın Dövlət Departamentinin universitetlərdən tələbə və xarici mübadilə vizası müraciətlərində sosial media hesablarının daha ətraflı yoxlanmasına hazırlıq məqsədilə görüşləri müvəqqəti dayandırmalarını istədiyi qeyd olunub. Bu addım ABŞ prezidenti Donald Trampın çox liberal hesab etdiyi ölkənin ən nüfuzlu universitetlərinə qarşı geniş təzyiq kampaniyasının bir hissəsidir. Tramp, Harvard Universitetinin beynəlxalq tələbə qəbulunun qarşısını almaq üçün də tədbirlər görmüş və universiteti kampuslarında yəhudi əleyhinə hərəkətlərlə mübarizədə yetərincə səy göstərməməkdə ittiham etmişdi.
Harvard Universitetinin açdığı iddiadan sonra bir məhkəmə Trampın qadağasını hələlik dayandırıb.

 

BBC News
Fatimə Heydərova