Elon Musk ilk dəfə Trampı tənqid edib

Tarix: 14:47 04.06.2025
Milyarder iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın vergi və xərclər haqqında qanun layihəsini “iyrənc” adlandırmasından sonra ikisi arasında fərqlər daha qabarıq olub.
Vergilərin azaldılması və daha çox müdafiə xərclərinin nəzərdə tutulduğu, habelə hökumətin daha çox borc almasına imkan verən trilyonlarla dollarlıq qanun layihəsi keçən ay Nümayəndələr Palatasından keçib. Musk X platformasındakı paylaşımında “Bunun üçün səs verən hər kəs utanmalıdır". deyib. Texniki milyarder Mask, xərcləri azaltmaq vəzifəsi daşıyan Doge kimi tanınan təşkilatın rəhbərliyində 129 gün qaldıqdan sonra qəfil vəzifəsini tərk edib.
Cənubi Afrika əsilli texnoloji milyarderin Tramp administrasiyasındakı səlahiyyət müddəti mayın 31-də başa çatıb, lakin Tramp Musk haqqında dedi ki, “O, həmişə bizimlə olacaq, bizə hər cür kömək edəcək”. Daha əvvəl qanun layihəsini “məyusluq” adlandıran Mask administrasiyadan getdikdən sonra ilk ictimai tənqidini edib. Trampın “böyük, gözəl qanun layihəsi” kimi təriflədiyi qanun layihəsinin hazırda büdcə kəsirini 600 milyard dollar artıracağı proqnozlaşdırılır.
BBC news
Aysel Mirzəyeva