İBB istintaqının beşinci dalğası

Bölmə: Dünya › ,
Tarix: 14:49 04.06.2025

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan beşinci araşdırma dalğasında nəzarətə alınan 38 nəfərdən 22-si həbs edilib. Həbs olunanlar arasında 3-ü İstanbul, 2-si Adana olmaqla 5 rayon bələdiyyə sədri də var.

 

Mayın 31-də başladılan əməliyyatların beşinci dalğasında səhhətində yaranan problemə görə saxlanılanlardan daha əvvəl bir nəfər həbs edilib. Daha 21 nəfər Sülh Cinayət Məhkəməsində dindirildikdən sonra həbs edilib.

 

Büyükçekmece Bələdiyyə Başçısı Hasan Akgün həbs olunduqdan sonra X hesabında açıqlama verərək, "Bu gün 'Yarım Əsr' xidmət səfərimdə, tər tökərək, gecə-gündüz çalışaraq, qazanc deyil, xalqın yanında olmaqla, bələdiyyə başqanlığı vəzifəm böhtan və sui-qəsdlərlə kölgədə qalır" deyib. Avcılar Bələdiyyə Başçısı Utku Caner Çaykara da həbs olunduqdan sonra X hesabında açıqlama verərək, arzularının heç birinin yarımçıq qalmayacağını bildirib. Çaykara, “Bu gün bir divarın kölgəsi altındayam, amma ümidimin səsini susdurmağa onların gücü çatmır” deyib.


BBC news

Aysel Mirzəyeva