İranın Xamenei ABŞ-nin nüvə təklifini tənqid edib

Bölmə: Dünya › ,
Tarix: 14:53 04.06.2025

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, uranın zənginləşdirilməsi Tehranın enerji sahəsində müstəqilliyə nail olmaq məqsədində əsas yer tutur.


Çıxışında o, İranın nüvə proqramı ilə bağlı illərdir davam edən mübahisənin həllinə yönələn ABŞ təklifindəki əsas tələbi qəbul etmədiyini, ölkəsinin bu sahədə fəaliyyətini davam etdirəcəyini bəyan edib. Bu bəyanat ABŞ və İran arasında mümkün yeni nüvə sazişi ilə bağlı danışıqların getdiyi vaxt səslənib. ABŞ Qərb sanksiyalarının ləğvi müqabilində İranın uranı ya tam dayandırmasını, ya da yalnız aşağı səviyyədə zənginləşdirməsini istəyir. Bu məsələ əsas mübahisə nöqtələrindən biri olaraq qalır.


Xamenei çıxışında deyib: “ABŞ-nin təklifi xalqın özünə inam prinsipinə və ‘biz bacararıq’ düşüncəsinə ziddir”. Onun sözlərinə görə, enerji müstəqilliyi İslam Respublikasının əsas hədəflərindən biridir və bu yolda xaricdən razılıq gözləmək mümkün deyil.

 

Mənbə: Al Jazeera
Qəmər Kazımzadə