Cənubi Koreyalı prezident Li söz verib

Bölmə: Dünya › ,
Tarix: 15:05 04.06.2025

Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myung and içərək iqtisadi sabitliyi bərpa edəcəyini, Şimali Koreya ilə münasibətləri yaxşılaşdıracağını və ölkədəki siyasi böhranı aradan qaldıracağını bildirib.

 

Liberal Demokratik Partiyanın nümayəndəsi olan Li, devrilmiş prezident Yoon Suk-yeol-un yerinə keçib. Ötən il onun hakimiyyəti dövründə qısa müddətli hərbi vəziyyət elan olunmuş, ölkədə fövqəladə siyasi gərginlik yaşanıb. Prezident parlamentdəki çıxışında hökumətinin praqmatik və bazar yönümlü olacağını deyib, Şimali Koreya ilə rabitə kanallarının açılacağını və sülhə nail olmaq üçün dialoqun davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, “nə qədər baha başa gəlsə də, sülh müharibədən yaxşıdır” və ölkədə “bölünmə və müharibədən doğan yaralar sağaldılmalıdır”.

 

Li həmçinin ABŞ-nin ticarət təzyiqlərinə toxunaraq, proteksionizmin və təchizat zəncirindəki dəyişikliklərin ixraca əsaslanan iqtisadiyyata zərbə vurduğunu bildirib. O, orta və aşağı gəlirli ailələrin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün tədbirlər görəcəyini qeyd edib. Tramp dövründə tətbiq olunan tariflərin təsiri ilə Cənubi Koreya polad və alüminium ixracında 50 faizlik gömrük rüsumlarına məruz qalıb.

 

Növbədənkənar seçkilərdə 49,4 faiz səs toplayan Li, mühafizəkar namizəd Kim Mun-sunu geridə qoyaraq, 1997-ci ildən bəri ən yüksək dəstəklə prezident seçilib.


Al Jazeera

Qəmər Kazımzadə