Magistratura imtahanı

Bölmə: Sosial › ,
Tarix: 15:10 04.06.2025

Magistratura pilləsi ali təhsilin mühüm mərhələlərindən biri olmaqla, tələbələrin ixtisas sahəsində daha dərin biliklər əldə etməsinə və elmi-tədqiqat bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a açıqlamasında bildirib ki, magistraturaya qəbul imtahanları son illər yalnız bir qaydada həyata keçirilir:

 

"Əvvəllər ixtisas üzrə də bilik və bacarıqlar yoxlanılırdı, amma son illərdə məntiq, informatika və xarici dil bilikləri yoxlanılır. Ümumi imtahan sturukturu bilik və bacarıqların qiymətləndirilməsi baxımından yalnız bu üç fənni əhatə edir. Hazırlıq prosesində olan çətinliklər onunla əlaqədardır ki, informatika və xarici dil fənni ilə bağlı universitetdə müəyyən qədər bilik və bacarıqlar qazanılsa da, məntiq fənni ilə bağlı tədris prosesi nə orta, nə də ali təhsil pilləsində həyata keçirilmir. Yalnız bəzi ixtisaslarda məntiq fənni tədris olunur. Amma buna baxmayaraq bütün bakalavrlar məntiq fənnindən imtahan verirlər. Beynəlxalq qəbul sistemləri ilə ölkəmizin qəbul sistemləri arasında müəyyən qədər uyğunluq var. Həm xaricdə, həm də ölkəmizdə tələbələrin məntiqi təfəkkürü yoxlanılır. Xarici dil və informatika biliklərinin yoxlanılması isə dövlət tələbidir. Ölkəmizdə magistratura pilləsinə qəbul üzrə keçirilən imtahanları uğurlu hesab etmək olar".

 

Fatimə Heydərova