Dorukhan Büyükışığın ölüm sirri açılıb

Tarix: 15:15 04.06.2025
2018-ci ildə İzmirdə bir inşaatda ölü tapılan 26 yaşlı Dorukhan Büyükışığın ölümü ilə bağlı aparılan istintaqda 5 şübhəli barəsində “qəsdən adam öldürmə” ittihamı ilə ömürlük həbs tələbi ilə iddia açılıb. Hazırlanan ittiham aktında hadisə ilə bağlı təəccüblü yeni detallar yer alıb.
İstefada olan general-mayor Ethem Büyükışığın oğlu Dorukhan Büyükışık 13 may 2018-ci il tarixində evinin yaxınlığındakı tikintidə ölü tapılıb. Hadisə 'intihar' olaraq qeyd edilərkən, İzmir Respublika Prokurorluğunda fayl yenidən açılıb və mühafizəçilər H.K.-ya qarşı iddia qaldırılıb.
İzmir 21-ci Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə mühüm detallar yer alıb. İstintaq çərçivəsində əldə edilən və qorunan kamera görüntülərinə əsasən, Doruxanın H.K.-nın olduğu qarovul müşahidə sahəsində yol boyu gedərək tikinti sahəsinə daxil olduğu bildirilib. Avtomobilini park etdikdən sonra tapılıb. Bildirilib ki, H.K., H.A., T.Ç. tikintidə mühafizəçilər olub, həmçinin B.Ç. işçi kimi və yaxınlıqdakı tikintidə gözətçi olan A.G. İddianamədə şübhəlilərin müxtəlif tarixlərdə və fərqli sifətlərdə aldıqları ifadələrlə bir-birinə verdikləri ifadələr arasında ziddiyyətlərin olduğu bildirilib.
A haber
Aysel Mirzəyeva