Müdafiədən sonra növbə enerjidədir

Tarix: 20:27 04.06.2025
Türkiyə müdafiə sənayesindən sonra son dərəcə strateji bir sahədə – enerji texnologiyalarında da ixraca hazırlaşır. Türk qazma gəmilərinin Pakistanda neft və təbii qaz axtarışına çıxacağına diqqət çəkən mütəxəssislər bildirirlər: “Strateji sahələrdə yalnız etibar edə biləcəyiniz ölkələrlə əməkdaşlıq etmək mümkündür. Ankara bu sahələrdə də dostlarına yol açır.”
Prezident Rəcəb Tayyib Ərdoğanın son günlərdə verdiyi “Türkiyə, Pakistanın müxtəlif bölgələrində neft və təbii qaz axtaracaq” açıqlaması, əslində, tarixi bir dövrün ən önəmli göstəricilərindən biridir.
Sektoru yaxından izləyən mütəxəssislər hesab edirlər ki, Ankara necə ki, milli müdafiə sənayesində bilik və bacarıqlarını ixrac edə biləcək səviyyəyə çatıb, eyni hal enerji sahəsində də baş verir. Bu yeni dövrün çox mühüm strateji tərəfdaşlıqları bərabərində gətirəcəyi və bununla da Türkiyənin qlobal təsirinin daha da artacağı gözlənilir.
Trt haber
Asiman Vəliyeva