Ançelotti Braziliya millisində ilk oyununu keçirib

Tarix: 10:37 06.06.2025
Braziliya milli komandası baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk oyununu keçirib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar səfərdə Ekvadorun qonağı olub.
DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında 15-ci turunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.