Tramp–Putin Danışığı: Hücum, Sülh, İran

Bölmə: Siyasət › ,
Tarix: 22:33 04.06.2025

 

ABŞ-nin sabiq prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukraynanın Rusiya aviabazalarına hücumuna cavab veriləcəyini bildirib. Tramp qeyd edib ki, Putin bu hücumlara görə tədbir görməli olduğunu “qəti şəkildə” vurğulayıb.

 

Tramp, danışığın sülhə dərhal gətirib çıxarmayacağını söyləsə də, Rusiya ilə ABŞ arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini bildirib. Putin, Trampa Ukraynanın sülh prosesini pozduğunu və Kiyev rəhbərliyinin “terrorçu təşkilata” çevrildiyini deyib.

 

Telefon danışığı, Ukraynanın pilotsuz təyyarələrlə Rusiya aviabazalarına hücumundan sonra iki lider arasında ilk birbaşa təmas olub. Tramp, Putinin ABŞ-yə hücum barədə əvvəlcədən xəbərdarlıq edilmədiyini etiraf etdiyini də əlavə edib.

 

Görüşdə İran məsələsi də gündəmdə olub. Tramp bildirib ki, Putin İrana dair nüvə danışıqlarında vasitəçilik edə biləcəyini təklif edib. ABŞ, uranın zənginləşdirilməsinin dayandırılması əvəzinə, regional konsorsium vasitəsilə tədarük mexanizmi təklif edib. Lakin İran hələ bu təklifə cavab verməyib və lideri Ayətullah Xamenei ABŞ-nin planını tənqid edib.

 

Eyni zamanda Ukrayna rəsmiləri Vaşinqtonda ABŞ senatorları ilə danışıqlar apararaq, müdafiə dəstəyi, sanksiyalar və yenidənqurma məsələlərini müzakirə ediblər. İstanbulda keçirilən sülh danışıqları isə hərbi əsir mübadiləsi razılaşması ilə yekunlaşıb, lakin Rusiya “şərtsiz atəşkəs”ə razılıq verməyib.


Mənbə: BBC
Türkan Kərimli