"Ukraynaya 103 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raket atılıb"-Zelenski

Bölmə: Dünya › ,
Tarix: 15:15 05.06.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu ölkəsinin müxtəlif bölgələrinə 103 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketlə hücum təşkil edib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski Telegram hesabında verdiyi açıqlamada, Rusiya ordusunun bu gecə ölkəsinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini bildirib.

 

Zelenski hücum zamanı müxtəlif bölgələrin hədəfə alındığını qeyd edərək deyib:

“Bu gecə Ukraynaya 103 pilotsuz uçuş aparatı və bir ballistik raket atılıb. Donetsk, Xarkov, Odessa, Sumi, Çerniqov, Dnepropetrovsk və Xerson bölgələri hədəf alınıb”.

 

Prezidentin sözlərinə görə, Çerniqov vilayətinin Priluki şəhərinə edilən hücum zamanı axtarış-xilasetmə xidmətində çalışan bir şəxsin ailəsindən biri uşaq olmaqla 3 nəfər həyatını itirib.

 

Zelenski əlavə edib:

“Rusiya cinayət törətməyə davam etmək üçün daim özünə zaman qazandırmağa çalışır. Dünya tərəfindən kifayət qədər güclü qınama və təzyiq hiss etməyəndə yenidən öldürür”.

 

O, ölkəsinə edilən hücumu “terror aktı” adlandıraraq müttəfiqləri Rusiyaya qarşı təzyiq göstərməyə çağırıb.

 

Yerli rəsmilərin verdiyi məlumata görə, gecə saatlarında həyata keçirilən hücumlarda Priluki şəhərində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Xarkov şəhərində isə 18 nəfər yaralanıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı