Vladimir Putin İranın nüvə danışıqlarına qoşula bilər

Tarix: 15:23 05.06.2025
Rusiya Prezidenti Vladimir Putin zəruri hesab edildiyi təqdirdə İranın nüvə proqramı üzrə danışıqlara qoşulmağa hazırdır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Əgər belə bir zərurət meydana çıxarsa, Vladimir Putin danışıqlara qoşula bilər. Bu, hazırda davam edən bir prosesdir. Həm Tehran, həm də Vaşinqtonla dialoqumuz müxtəlif kanallar vasitəsilə aparılır. Ona görə də ehtiyac yaranarsa, Rusiya tərəfi danışıqlarda iştirak etməyə hazır olacaq”, – deyə Peskov bildirib.
Mənbə :Caliber
Aytən Ağazadə