Azərbaycanla Pakistan arasındakı saziş təsdiqlənib

Tarix: 15:33 05.06.2025
Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
“İnformator.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.