Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb
.jpg)
Tarix: 11:35 08.06.2025
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Di Vensə milyarder İlon Maskı tənqid etməyi yasaqlayıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“Tramp vəziyyəti gərginləşdirməmək üçün Vensin sərt cavabını istəmədi, bu strategiya körpülərin yenidən qurulması üçün yer saxladı”, - nəşr bildirib.