Yəməndə məscid atəşə tutulub- 9 nəfər ölüb

Bölmə: Hadisə › ,
Tarix: 15:17 08.06.2025

Yəmənin Əl-Beyda vilayətində məscid atəşə tutulub, 9 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

 

Hadisə iyunun 7-də Qurban bayramı ilə əlaqədar Karn əl-Əsəd kəndində axşam namazı zamanı baş verib. Məscidi atəşə tutan şəxs hadisədən yarım saat sonra saxlanılıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi bildirilir.