Londonda Çin və ABŞ arasında iclas başlayıb

Bölmə: Dünya › ,
Tarix: 17:33 09.06.2025

 

Londonda Çin və ABŞ arasında iqtisadi-ticari məsləhətləşmələr mexanizmi çərçivəsində ilk iclas başlayıb. "İnformator.az" xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

 

İclasda Çin Dövlət Şurasının baş nazirinin müavini, Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü He Lifen iştirak edir.


Xarici KİV-in məlumatına görə, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ölkənin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir daxildir.