NATO-nun hava təlimləri ilk dəfə Finlandiyada keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 20:32 09.06.2025

İyunun 16-dan 27-dək Finlandiyada NATO-nun "Atlantic Trident 25" təlimləri keçiriləcək.

 

"İnformator.az" kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

 

Təlimlərdə Finlandiya, ABŞ, Britaniya və Fransa hərbi hava qüvvələri iştirak edəcək. Ümumilikdə, 40-dan çox təyyarə və 1000-ə yaxın şəxsi heyət cəlb olunacaq.


Qeyd edək ki, ABŞ, Fransa və Böyük Britaniya arasında "Atlantic Trident" təlimləri iki ildən bir keçirilir. Bu il ilk dəfə olaraq təlimlər üç iştirakçı ölkədən kənarda keçiriləcək.