Goranboyda maşın evə çırpılıb-Xəsarət alanlar var

Tarix: 20:34 09.06.2025
Goranboyda ağır qəza baş verib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ağcəkənd istiqamətində olub.
İlkin məlumata görə, “KİA” markalı avtomobil evə çırpılıb. Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan Xocalı rayon sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.