Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Tarix: 21:23 09.06.2025
Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki , rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulub.