Ərdoğanın səhhəti ilə bağlı rəsmi -Açıqlama

Tarix: 21:22 09.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə iddialar yayılıb.
“İnformator.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) dövlət başçısının səhhətində problemlər yaranması barədə məlumatları təkzib edib.
Bildirilib ki, Türkiyə liderinin səhhətində narahatlıq yoxdur.
“Bir yutub kanalında Prezidentimizin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də Prezidentli hədəf alır və təhqirlər ehtiva edir”, - deyə məlumatda qeyd olunub.