Qaz təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı qəbul olunacaq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:03 10.06.2025

Qaz təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı qəbul olunacaq.

 

“İnformator.az”xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

 

Sənəddə qeyd olunub ki, qaz təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul ediləcək.


Vurğulanır ki, dövlət proqramı layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə sənədi hazırlancaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.