Mirzoyan hindistanlı həmkarı ilə tarixi sazişdən danışıb

Tarix: 23:02 09.08.2025
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hindistanlı həmkarı Subrahmanyam Cayşankar arasında telefon danışığı baş tutub.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Hindistanın xarici işlər naziri mühüm nailiyyətə görə erməni həmkarını təbrik edib və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini ifadə edib.