Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən biridir-Tramp
.jpg)
Tarix: 22:54 09.08.2025
Küçə cinayətləri Vaşinqtonu dünyanın ən təhlükəli şəhərlərindən birinə çevirib.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. Tramp vəziyyəti düzəldəcəyinə söz verib:
"Bazar ertəsi Ağ Evdə Vaşinqtonda zorakı cinayətə son qoyacaq mətbuat konfransı olacaq. Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Lakin tezliklə ən təhlükəsiz şəhərlərdən biri olacaq".