İsrail İrana hücum planlaşdırır

Bölmə: Dünya › ,
Tarix: 13:30 12.06.2025

NBC News xəbərində İsrailin İrana hücum planından danışan rəsmilərin iddiaları yer alıb. Sözügedən iddialar arasında İsrailin bir neçə gün ərzində İrana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırdığına dair açıqlamalar da yer alıb.

 

 Mənbələr hücumun “böyük ehtimalla” ABŞ-nin dəstəyi olmadan baş verəcəyini və ABŞ rəsmilərinin belə bir ehtimala qarşı hazır olduqlarını iddia ediblər. Mənbələr həmçinin iddia edib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Erik Kurillanın Kapitoli təpəsindəki ifadəsi onun diqqətini bu məsələyə yönəldə bilməsi üçün təxirə salınıb.

 

New York Times (NYT) qəzeti də ABŞ, Avropa və İran rəsmilərinə istinadən İsrailin yaxın gələcəkdə İrana hücum etməyə hazırlaşdığını iddia edib. Digər tərəfdən səlahiyyətlilər, hazırlanan hücumun əhatə dairəsi ilə bağlı məlumat paylaşmayıb. 

 

İran rəsmiləri isə iddia ediblər ki, Tehran hökuməti və hərbi rəsmiləri İsrailin mümkün hücumunu planlaşdırmaq üçün bir araya gəlib və bu planlar İsrailə yüzlərlə ballistik raketlə cavab verməkdən ibarətdir. ABŞ hərbi dəniz qüvvələrinin yüksək rütbəli rəsmisi bildirib ki, Birləşmiş Ştatlar bir neçə həftədir Ərəb dənizində saxlanılan “Carl Vinson” təyyarədaşıyan gəmisinin mövqeyini dəyişmək niyyətində deyil.

 

CNN Türk

Əminə Əliyeva