BMT-dən “təcili diplomatik danışıqlar” çağırışı

Tarix: 18:31 16.06.2025
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, İsrail ilə İran arasında davam edən hücumların dayandırılması və həll yolunun tapılması üçün təcili diplomatik danışıqlara çağırış edib.
BMT İnsan Haqları Şurasının (İHŞ) 59-cu Sessiyası BMT-nin Cenevrə Ofisində başlayıb. Türk, İsveçrənin BMT Cenevrə Ofisi yanında Daimi Nümayəndəsi, səfir Jürq Lauberin sədrliyi ilə keçirilən iclasın açılışında çıxış edib.
Türk, İsrail ilə İran arasında davam edən toqquşmaların gərginləşməsinin “dərin narahatedici” olduğunu vurğulayaraq deyib:
“Bu hücumları dayandırmaq və bir həll yolu tapmaq üçün gərginliyin azaldılması və təcili diplomatik danışıqlara çağırış edən hər kəsə qoşuluram”.
O, hər iki tərəfi beynəlxalq hüquqa, xüsusilə də sıx məskunlaşmış ərazilərdəki mülki vətəndaşların qorunmasına tam hörmət etməyə çağırıb.
TRT XƏBƏR
Lalə Qurbanlı