İsrail ordusu: İran televiziyası hərbi rabitə məqsədi ilə istifadə olunurdu

Tarix: 22:28 16.06.2025
İran dövlət televiziya mərkəzinin binası İran hərbçiləri tərəfindən rabitə mərkəzi kimi istifadə edildiyi üçün hücuma məruz qalıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti rəsmi Telegram kanalında bildirib.
O bildirib: “Bina mülki fəaliyyət adı altında İran silahlı qüvvələri tərəfindən istifadə edilib, televiziya mərkəzinin infrastrukturu və aktivlərinin hərbi məqsədlər üçün istifadəsi gizlədilib”.
İDF-nin məlumatına görə, hücum “İran silahlı qüvvələrinin hərbi potensialına birbaşa ziyan vurub”. Məlumatda həmçinin qeyd olunur ki, hücum zonasında vətəndaşlara qarşıdan gələn hücumla bağlı xəbərdarlıqlar göndərilib.