Türkiyəyə məxsus 10 təyyarə bölgədə hərəkətsiz qalıb

Bölmə: Dünya › ,
Tarix: 18:55 16.06.2025

İsraillə İran arasında artan hərbi gərginlik Türkiyənin mülki aviasiyasına da təsir göstərib.

 

Məlumata görə, Tailwind, Pegasus, Türk Hava Yolları (THY) və AJet şirkətlərinə məxsus ümumilikdə 10 sərnişin təyyarəsi İran və İraq hava limanlarında qapalı vəziyyətdə qalıb.

 

Təfərrüatlar belədir:

 

Pegasus Hava Yolları – beş təyyarə İranda, iki təyyarə İraqda (cəmi yeddi təyyarə)

Tailwind Airlines – bir təyyarə İranda

Türk Hava Yolları (THY) – bir təyyarə İraqda

AJet – bir təyyarə İraqda

 

Beləliklə, hazırda İran və İraqda ilişib qalan Türkiyə qeydiyyatlı təyyarələrin ümumi sayı ondur.

 

Mənbə : Caliber

Aytən Ağazadə