Trampın xahişi ilə danışıq: Modi təklifdən imtina edib

Bölmə: Dünya › ,
Tarix: 11:26 18.06.2025

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla telefon danışığında Pakistanla Kəşmir məsələsini həll etmək üçün Yeni Dehlinin vasitəçiliyə ehtiyacı olmadığını vurğulayıb.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri deyib.

“Hindistanın Baş naziri Modi ölkənin heç vaxt vasitəçiliyə razı olmadığını, indi də qəbul etmədiyini və etməyəcəyini vurğulayıb. Bu məsələdə tam siyasi yekdillik var”, - o bildirib.

 

Qeyd edək ki, Modi ilə Tramp arasında söhbət 35 dəqiqə davam edib və ABŞ prezidentinin xahişi ilə baş tutub.