1211-ci gün: Rusiya Ukraynanın itkilərini yeniləyib

Bölmə: Dünya › ,
Tarix: 16:56 18.06.2025

Rusiya müharibənin 1211-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 64 206 PUA-sı, 611 zenit-raket kompleksi, 23 953 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 331 artilleriya və minaatanı, 36 996 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.