"Dağıdırıq: diktaturalar məhz bu cür çökür"-İsrail

Bölmə: Dünya › ,
Tarix: 11:49 18.06.2025

"Tehran üzərindən bir qasırğa keçir. Hökumətin simvolları, yayım idarəsi də daxil olmaqla, bombardman olunur və məhv edilir".

"İnformator.az" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.

“Tezliklə digər hədəflər də vurulacaq. Minlərlə insan şəhəri tərk edir. Diktaturalar məhz bu cür çökməyə başlayır”, - o bildirib.