İsrail-İran gərginliyi: Pezeşkian müşavirə keçirib

Tarix: 12:08 18.06.2025
İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, İsrailin hücumlarına baxmayaraq, müşavirə prezident sarayında keçirilib.
Pezeşkian hökumət rəsmilərinə hücumların ziyanlarını aradan qaldırmaq üçün əhalini səfərbər etmək və insanların bu prosesdə iştirakını təmin etmək barədə göstərişlər verib.
İran prezidenti əlavə olaraq, zərərçəkmiş şəxslərə yardım göstərilməsinin vacibliyini vurğulayıb.