ABŞ və Yaponiya anlaşa bilməyib

Tarix: 15:26 18.06.2025
Yaponiya Baş naziri Şigeru İşiba, ABŞ Prezidenti Donald Trampla tarifələr mövzusunda apardığı danışıqlarda "qarşılıqlı fayda verəcək bir paket razılaşma" üzərində razılıq əldə olunmadığını bildirib.
Kyodo News-un xəbərinə görə, Kanadada keçirilən G7 Liderlər Zirvəsindən sonra təşkil olunan mətbuat konfransında danışan İşiba, ABŞ-ın tətbiq etdiyi tarifələrin ölkəsinə təsirini dəyərləndirib.
İşiba qeyd edib ki, ABŞ-ın gömrük tarifələri Yapon şirkətlərinə, xüsusilə də avtomobil sektoruna ciddi şəkildə mənfi təsir göstərir.
Trampla görüşündə Yaponiyanın uzun müddətdir tələb etdiyi "qarşılıqlı fayda verəcək paket razılaşma"nın əldə olunmadığını vurğulayan İşiba, ABŞ ilə "mövcud anlaşılmazlıqların" davam etdiyini qeyd edib.
O, Yaponiyanın milli maraqları çərçivəsində danışıqları davam etdirəcəyini də əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Yaponiya məhsullarına 24 faiz dərəcəsində gömrük rüsumu tətbiq etmişdi. Lakin Çin istisna olmaqla digər ölkələrə 90 günlük bir güzəşt müddəti tanınıb.
Habertürk
Xəlilli Nigar
Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək
Bonn Sessiyasının gündəliyi Azərbaycanın həyata keçirdiyi vasitəçilik səyləri ilə təsdiqlənib