Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfəyə yaxın azalıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:46 18.06.2025

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

 

"İnformator.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur.

 

Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.


Son nəticədə xarici ticarətdə 1 milyard 36,3 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.