Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Tarix: 17:23 18.06.2025
Lənkəran rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.
"İnformator.az" "Report"un Cənub bürosuna istinadən xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, "VAZ-21015" markalı avtomobilin "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar 3 təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.