4 ölü, 100 nəfər itkin-Hindistanda sürüşmə

Tarix: 11:49 06.08.2025
Hindistanın Uttarakhand ştatında güclü yağışlar nəticəsində baş vermiş sel və torpaq sürüşməsi 4 nəfərin həyatına son qoyub, təxminən 100 nəfərlə əlaqə kəsilib.
Hindustan Times qəzetinin xəbərinə görə, dünən ştatın Dharali bölgəsində qəfil yağan leysan nəticəsində yaranan sel və torpaq sürüşməsindən sonra axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmilər, 4 nəfərin ölümünə səbəb olan təbii fəlakətin “ciddi” səviyyədə olduğunu bildirərək, təxminən 100 nəfərin itməsindən narahat olduqlarını qeyd ediblər.
Axtarış-xilasetmə işləri çərçivəsində əraziyə göndərilən 11 hərbçidən də xəbər alınmadığı, onlardan yalnız 2-nin sonradan xilas edildiyi bildirilib.
Rəsmilərin verdiyi məlumata görə, sel nəticəsində evlər və istirahət obyektləri dağılıb, ştatın bir çox bölgəsində tədris müvəqqəti dayandırılıb.
TRT HABER
Solmaz Muradova