Azərbaycan və İƏT dost islam maliyyə alətlərinin təşviqini müzakirə ediblər

Tarix: 17:51 18.06.2025
Maliyyə Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (COMCEC) ilə ətraf mühit üçün dost islam maliyyə alətlərinin təşviqini müzakirə edib.
"İnformator.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qurumda Daimi Komitənin "laqələndirmə Ofisinin nümayəndələri ilə görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə COMCEC-in təqdim etdiyi “İƏT-ə üzv ölkələrdə iqlim dəyişikliklərinin və təbii fəlakətlərin mənfi təsirləri ilə mübarizə üçün davamlı və ətraf mühit üçün dost islam maliyyə alətlərinin təşviqi” mövzusunda araşdırma layihəsi müzakirə edilib. Həmçinin, qeyd olunan mövzu ilə bağlı cari siyasət, təcrübələr və gələcək imkanlar barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, COMCEC sözügedən layihə ilə bağlı Azərbaycan ilə yanaşı İndoneziya, Nigeriya, Qətər və İngiltərənin təcrübəsini araşdırır.