Rusiyanın 11 regionuna PUA hücumu edilib

Bölmə: Dünya › ,
Tarix: 10:06 19.06.2025

Rusiya HHM qüvvələri ölkə üzərində Ukraynanın 81 ədəd PUA-sını məhv edib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Bryanskda 19, Kurskda 17, Smolenskdə 13, Volqoqradda 7, Oryolda 6, Rostov və Krımda 5, Belqorod və Həştərxanda 3, Ryazanda 2, Moskva vilayəti üzərində isə 1 ədəd PUA məhv edilib.