Ermənistanın baş naziri Paşinyanın İstanbula səfəri

Bölmə: Dünya › ,
Tarix: 13:27 19.06.2025

Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də İstanbula səfəri tarixi əhəmiyyət kəsb edir.

 

Bu, Ermənistandan Türkiyəyə bu səviyyədə ilk rəsmi səfər olacaq. Türkiyə 1993-cü ildə Dağlıq Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələri kəsib. 2009-cu ildə o vaxtkı prezidentlər Abdullah Gül və Serj Sarkisyan əvvəlcə İrəvanda, sonra isə Bursada birgə matça baxıblar.

 

Bu yaxınlarda Paşinyan 2023-cü ilin iyununda Ərdoğanın prezidentliyinin andiçmə mərasimində iştirak edib və iki lider daha sonra müxtəlif beynəlxalq sammitlərdə görüşüblər.

 

Sonuncu dəfə may ayında Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində üz-üzə görüşən Ərdoğanla Paşinyan Qurban bayramında da telefonla danışıblar. Lakin sabahkı görüş bunlardan fərqli olaraq “işgüzar səfər” elan edilib.

 

Ermənistan parlamentinin sədri Alen Simonyan da bu məqama diqqət çəkərək, “Bu, tarixi səfərdir, çünki Ermənistanın baş naziri səviyyəsində ilk səfər olacaq” deyib. Görüş hələ diplomatik əlaqələr qurmayan Türkiyə və Ermənistanın həyata keçirdiyi normallaşma prosesi baxımından böyük əhəmiyyət kəsb edir.


BBC news

Aysel Mirzəyeva